Dünyanın bu günü - 07.03.2020

1. Xalq qəhrəmanı Əfrasiyab Hacı Əzim oğlu 1863-cü il martın bu günü Şuşada anadan olub, molla yanında oxuyub.

2. Azərbaycan xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə 7 mart 1908-ci ildə Bakıda doğulub.

3. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Böyükağa Murtuza oğlu Hüseynov 1926-cı ilin bu günü Bakıda anadan olub.

4. Azərbaycanın xalq artisti Xuraman Abdulla qızı Hacıyeva 7 mart 1945-ci ildə Bakıda anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakıda doğulub.

6. Bu gün xalq artisti, aktyor Əşrəf Əmrah oğlu Yusifzadənin anım günüdür. O, 5 dekabr 1906-cı ildə dünyaya gəlib.

7. Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv