Dünyanın bu günü - 07.04.2021

“MOLLA NƏSRƏDDİN” JURNALI

(1906)

 

XX əsr Azərbaycan mətbuat tarixində xüsusi yeri olan satirik-yumoristik “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb.

 

 

MƏHƏMMƏDƏLİ RƏSULZADƏ

(1882-1982)

 

İctimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Əbdüləziz oğlu Rəsulzadə 7 aprel 1882-ci ildə Novxanıda anadan olub.

 

 

MƏMMƏD RAHİM

(1907-1977)

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprelin bu günü Bakıda doğulub.

 

 

AZAD ŞƏRİFOV

(1930-2009)

 

Azərbaycan kino xadimi, publisist, jurnalist Azad Ağakərim oğlu Şərifov 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub.

 

 

ÇİNGİZ ABDULLAYEV

(1959)

 

Azərbaycanın xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakıda ziyalı ailəsində anadan olub.

 

 

SALEH MUSAYEV

(1970-1992)

 

Qarabağ müharibəsinin iştirakçısı, şəhid Saleh Sabir oğlu Musayev 1970-ci il aprelin bu günü Yevlax şəhərində doğulub.

 

 

MİRSALAM CƏFƏROV

(1994-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub.

 

 

İMRAN ƏLİYEV

(1993-2020)

 

Şəhid İmran Əli oğlu Əliyev 7 aprel 1993-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant İmran Əliyev müharibənin ilk günündə Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İSLAM EYVAZOV

(1999-2020)

 

Şəhid İslam Həsən oğlu Eyvazov 1999-cu ilin bu günü Naxçıvan şəhərində anadan olub. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Əsgər İslam Eyvazov noyabrın 9-da Xocavənddə şəhid olub və Babək rayonunun Qaraxanbəyli kəndində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TALEH ZAMANOV

(2002-2020)

 

Şəhid Taleh Valeh oğlu Zamanov 2002-ci il aprelin 7-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Taleh Zamanov sentyabrın 30-da Ağdərə istiqamətində şəhid olub və Salyan rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

QƏMƏR ALMASZADƏ

(1915-2016)

 

Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin xatirə günüdür.

 

               

HACI XANMƏMMƏDOV

(1918-2005)

 

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar, dirijor, professor Hacı Dadaş oğlu Xanməmmədovun anım günüdür. O, 1918-ci il iyunun 15-də Dərbənd şəhərində dünyaya göz açıb. Üzeyir Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsinə daxil olub və Səid Rüstəmovun tar sinfində təhsil alıb. 1934-cü ildən Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinin solisti olub. 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə "Koroğlu" operasının tamaşaya qoyularkən orkestrin tərkibində iştirak edib. 1947-ci ildə təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində Qara Qarayevin sinfində davam etdirib. Bir neçə musiqili komediyanın və 150-dən artıq mahnının müəllifidir. "Şöhrət" ordeni və Prezident təqaüdünə layiq görülən Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

TAMERLAN ƏLİYEV

(1921-1997)

 

Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev də bu gün xatırlanır. O, 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasında başlayıb və ömrünün sonunadək burada çalışıb. Uzun illər Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu vəzifələrini yerinə yetirib, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, “Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü olub. Onun təşəbbüsü ilə Daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi yaradılıb, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilib, Elmi-Tədqiqat Kardiologiya İnstitutu inşa edilib. 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların müəllifidir. "Şərəf nişanı" və "Oktyabr İnqilabı" ordenlərinə, bir sıra fəxri ad və medallara layiq görülən Tamerlan Əliyev 1997-ci il aprelin 7-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. O, görkəmli dövlət xadimi Əziz Əliyevin oğlu, oftalmoloq alim Zərifə Əliyeva, akademik Cəmil Əliyev və musiqiçi Gülarə Əliyevanın qardaşıdır.

 

 

ƏFRAND DAŞDƏMİROV 

(1942-2015)

 

AMEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Əfrand Firudin oğlu Daş­də­mi­rovun xatirə günüdür. O, 12 mart 1942-ci ildə Bakıda ana­dan ol­ub. Azər­baycan Döv­lət Uni­versitetini bitirib. Ba­kı Ali Partiya Məktəbinin Fəlsəfə kafed­­­ra­sı­nın, AMEA Fəlsəfə İnstitutunda Milli mü­na­sibətlərin nə­zəri prob­lemləri şöbəsinin, Rusiya Xalqları İns­titutunun Milli nəzəri prob­lemləri şöbə­si­nin müdiri, Mosk­vada yaranan Ümu­m­ru­siya Azər­bay­can Konqresinin vitse-pre­zi­den­ti, “Azərbaycan Konq­resi” qəzetinin (rus dilin­də) baş re­dak­to­ru vəzifələrində çalışıb. 10 il­dən çox Azərbaycan SSR Ali Sovetinin de­pu­ta­tı olub. 250-dən artıq elmi əsə­rin müəllifidir. İki dəfə “Qırmızı Əmək Bay­rağı” ordeni ilə təltif edilib. Əfrand Daşdəmirov 2015-ci il aprelin 7-də Bakıda vəfat edib.

 

 

RAMİZ SƏRKƏROV

(1959-2007)

 

Aktyor və prodüser Ramiz Beqay oğlu Sərkərov da bu gün xatırlanır. O, 1959-cu il iyulun 3-də Qax rayonunda anadan olub.

 

 

OLEQ BABAK

(1967-1991)

 

Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anım günüdür. O, 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv