Dünyanın bu günü - 07.11.2019

 

1. Özbəkistanın xalq şairi, alim və pedaqoq, milliyyətcə azərbaycanlı olan Maqsud Şeyxzadə 1908-ci ilin bu günü Ağdaşda anadan olub.

2. Görkəmli bəstəkar, Üzeyir Hacibəyov məktəbinin layiqli davamçısı, Azərbaycanın xalq artisti Tofiq Quliyevin doğum günüdür.

3. Tanınmış Azərbaycan rəssamı Tağı Tağızadə 1917-ci il 7 noyabr tarixində dünyaya gəlib.

4. 7 Noyabr həm də tanınmış müğənni Oqtay Ağayevin doğum günüdür. O, 1934-cü ildə Bakıda doğulub.

5. Görkəmli xanəndə, xalq artisti Baba Mahmudoğlu 1940-cı ilin bu günü Ağstafada dünyaya gəlib.

6. Bu gün eyni zamanda Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor İbrahim Topçubaşovun doğum günüdür.

7. 7 Noyabr tanınmış inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi Lev Trotskinin doğum günüdür.

8. XX əsrin məşhur kəşfiyyatçılardan biri, milliyyətcə alman olan Rixard Zorge 1944-cü ilin bu günü Tokio həbsxanada edam edilib.

9. 1917-ci il noyabrın 7-də, köhnə təqvimlə oktyabrın 25-dən 26-na keçən gecə «Avrora» kreyserindən açılan atəş Rusiyada, eləcə də bütün Avropada yeni bir ictimai formasiyasının - sosializmin başlandığını xəbər verib.

10. 1949-cu ilin bu günü tarixə Neft Daşları yatağında qazılmış ilk neft quyusunun fontan vurması ilə həkk olunub.

Müəllif | Apa.Tv
Apa.tv