Dünyanın bu günü - 08.02.2020

 

1. Cümhuriyyət Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub.

2. Cümhuriyyət Ordusunun general-mayoru Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 8 fevral 1884-cü ildə Tiflis quberniyasında doğulub.

3. Azərbaycanın xalq artisti, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı Tofiq Qəzənfər oğlu Əhmədov 1924-cü il fevralın bu günü Bakıda anadan olub.

4. Azərbaycanın xalq rəssamı, boyakar Məmmədağa Hüseynağa oğlu Hüseynov 8 fevral 1929-cu ildə Bakıda dünyaya gəlib. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub.

5. Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevralın bu günü Bakıda anadan olub. 1951-ci ildə Daşkənd Politexnik İnstitutunu bitirib. 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

6. Türkiyənin məşhur rok ifaçısı, Anadolu rok üslubunun yaradıcılarından biri Cem Karacanın anım günüdür.

7. Bu gün Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas, pedaqoq, professor Əşrəf Cəlal oğlu Abbasovun xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv