Dünyanın bu günü - 08.04.2020

1. Ermənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsinin ildönümüdür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

2. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, sovet partiya və dövlət xadimi Dadaş Xoca oğlu Bünyadzadə 8 aprel 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olub.

3. Azərbaycan xanəndəsi Eynulla Eynulla oğlu Cəbrayılov 1935-ci ilin bu günü Kürdəmir rayonunun Şüşün kəndində anadan olub.

4. Azərbaycanın əməkdar artisti, tanınmış vokalist və müğənni Yaqub Zurufçu 1956-cı ilin bu günü Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub.

5. Azərbaycanın əməkdar artisti, opera müğənnisi Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub.

6. 8 aprel Müsavat Partiyasının IV başqanı Məhəmməd Azər Aranın anım günüdür. O, 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsində anadan olub.

7. 8 aprel britaniyalı siyasətçi, Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri olan Marqaret Tetçerin anım günüdür.

8. Bu gün eyni zamanda meyxana ustası, “Şöhrət” ordenli Ağasəlim Əliağa oğlu Səlimovun (Ağasəlim Çıldaq) xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv