Dünyanın bu günü - 08.11.2019

 

1. Bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirov 1930-cu ilin bu günü anadan olub.

2. Tanınmış aktyor Alen Delon 1935-ci ildə Paris yaxınlığında elə də böyük olmayan So adlı şəhərcikdə anadan olub.

3. SSRİ dövlət və siyasi xadimi, 1930-1941-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin sədri, 1939-1949 və 1953-1956-cı illərdə xalq xarici işlər komissarı və sonradan naziri olmuş Vyaçeslav Mixayloviç Molotov 1986-cı ilin bu günü dünyasını dəyişib.

4. 8 Noyabr həm də elm dünyası üçün böyük önəm daşıyır. 1895-ci ildə alman fiziki, Vyursburq Universitetinin professoru və rektoru Vilhelm Konrad Rentgen laboratoriyada təkbaşına sınaq apararkən gözlənilmədən hər yerə yayılan şüalar kəşf edib.

Müəllif | Apa.Tv
Apa.tv