Dünyanın bu günü - 09.01.2020
1. Azərbaycanın əməkdar artisti, aktyor Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə 1903-cü ilin yanvarın 9-da Batumi yaxınlığındakı Canivri kəndində anadan olub.
2. Azərbaycanın xalq artisti, teatr aktyoru və rejissoru İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub.
3. Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda dünyaya gəlib.
4. Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti və 36-cı vitse-prezidenti Riçard Milhaus Nikson 1913-cü il yanvarın bu günündə Kaliforniyada anadan olub.
5. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Salatın Əziz qızı Əsgərovanın anım günüdür.
6. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nazim Qabil oğlu Quliyev də bu gün xatırlanır.
7. Azərbaycanşünas türkoloq alim, professor İren Məlikoffun xatirə günüdür. O, 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda neft sahibkarı İskəndər bəy Məlikovun ailəsində dünyaya gəlib.
8. Azərbaycanın xalq şairi Zəlimxan Yusif oğlu Yaqubun anım günüdür. 1950-ci il yanvarın 21-də Borçalıda, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.