Dünyanın bu günü - 09.02.2020

1. Azərbaycanın əməkdar artisti, müğənni-xanəndə Cahan Rza qızı Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub.

2. Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində doğulub.

3. Əməkdar incəsənət xadimi, pedaqoq, bəstəkar Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın bu günü Göyçay şəhərində anadan olub.

4. Azərbaycanın xalq rəssamı, heykəltəraş Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakıda dünyaya gəlib.

5. Azərbaycan dövlət və siyasi xadimi Məmmədhəsən Cəfərqulu oğlu Hacınskinin anım günüdür.

6. Bu gün Azərbaycan Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayevin xatirə günüdür. O, 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib.

7. Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Əhmədli Cəmil Teymur oğlunun xatirə günüdür.

8. Məşhur "Ayrılıq" mahnısının sözlərinin müəllifi Fərhad İbrahiminin anım günüdür. O, 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Korabazlı kəndində dünyaya göz açıb.

Müəllif | Apa.Tv
Apa.tv