Dünyanın bu günü - 09.11.2019

 

1. 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul edib. Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

2. Böyük rus yazıçısı İvan Turgenev 1818-ci ilin bu günü anadan olub. «Rudin», «Ərəfə», «Tüstü», «Atalar və oğullar» kimi məşhur roman və povestlərin, «Ovçunun xatirələri» kitabının, eləcə də «Mumu» hekayəsinin müəllifi olan Turgenev ömrünün xeyli hissəsini mühacirətdə keçirərək 1883-cü ildə vəfat edib.

3. Bu gün yazıçı-publisist İradə Tuncayın doğum günüdür. O, 1959-cu ildə Bakıda anadan olub.

4. Bu gün Fransanın dövlət, hərbi və siyasi xadimi Şarl de Qollun anım günüdür. O, 1890-cı ildə dünyaya gəlib.

5. 9 Noyabr eyni zamanda xalq artisti, Dövlət Mükafatı laureatı Rza Əfqanlının günüdür. O, 1899-cu ildə doğulub.

6. Azərbaycan xalq yazıçısı, Azərbaycan Dövlət Mükafatı laureatı Bayram Bayramov 1994-cü ilin bu günü dünyasını dəyişib.

7. Görkəmli heykəltəraş, əməkdar incəsənət xadimi, xalq rəssamı, professor Mirələsgər Mirqasımovun xatirə günüdür.

8. 1989-cu ildə Azərbaycan Milli Demokrat “Yeni Müsavat” Partiyasının mətbuat orqanı kimi yaradılıb.

Müəllif | Apa.Tv
Apa.tv