Dünyanın bu günü - 09.12.2019

 

1. 9 dekabr məşhur türk jurnalist, yazıçı və xəbər aparıcısı Mehmet Ali Birandın doğum günüdür. O, 1941-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Qalatasaray Liseyində alıb.

2. Məşhur türkiyəli aktrisa Fatma Girik 1942-ci ilin bu günü anadan olub. Cağaloğlu Kız Liseyini bitirib.

3. Kumık əsilli türkoloq, coğrafiyaşünas, publisist, yazıçı, iqtisad elmləri namizədi Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub.

4. Səhnəyə gəlişi ilə tamaşaçılara gülüş bəxş edən, Cahangir Zeynalov və Mirzəağa Əliyev məktəbinin davamçılarından biri olan xalq artisti Lütfəli Abdullayevin xatirə günüdür.

5. 9 dekabr Əməkdar incəsənət xadimi Lətif Səfərovun xatirə günüdür. O, 30 iyun 1920-ci ildə anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv