Dünyanın bu günü - 10.02.2020

 

1) Azərbaycanı rəsmən iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasının ildönümüdür.

2) Görkəmli yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub.

3) Əməkdar elm xadimi, professor Cahangir Vahid oğlu Qəhrəmanov 10 fevral 1927-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

4) Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Cabbar oğlu Əmirov 10 fevral 1918-ci ildə Naxçıvanda anadan olub.

5) Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, tarix elmləri doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu ilin bu günü Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

6) Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti Rafiq Əliyev 10 fevral 1942-ci ildə Azərbaycanın Ağdam rayonunun Novruzlu kəndində anadan olub.

7) Azərbaycan əməkdar artisti, rəssam, aktrisa, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə 10 fevral 1947-ci ildə anadan olub.

8) Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Anatollu Qəniyev 1931-ci ilin bu günü Neftçalada ziyalı ailəsində anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv