Dünyanın bu günü - 11.03.2020

1. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Bəşir Səfər oğlu Səfərov 11 mart 1925-ci ildə Bakıda anadan olub.

2. Müəllim, yazıçı və dissident Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz) 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib.

3. Azərbaycan aktrisası Lütviyyə Şamil qızı Səfərova 1941-ci il martın 11-də anadan olub.

4. Azərbaycanın əməkdar artisti, aktrisa Hicran Fətəli qızı Nəsirova 1958-ci ilin bu günü Bakı şəhərində doğulub.

5. Türkiyəli aktrisa, müğənni və aparıcı Meral Konrat 1963-cü il martın 11-də Krım tatarları ailəsində dünyaya gəlib.

6. Şəhid Balakişi Hüseynov 1968-ci il martın bu günü Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

7. Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı Yusuf bəy Akçuralının xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv