Dünyanın bu günü - 11.12.2019
1) Rus yazıçısı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın 11 dekabr 1918-ci ildə Rusiyanın Kislovodsk şəhərində anadan olub.
2) Azərbaycanın xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabrın 11-də Ağdam rayonunun Şivənd kəndində anadan olub.
3) Bu gün görkəmli Azərbaycan yazıçısı Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin anım günüdür. O, 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub.
4) Türk yazıçısı, şair, tarixçi və ideoloq Hüseyn Nihal Atsız 11 dekabr 1975-ci ildə vəfat edib. O, 12 yanvar 1905-ci ildə İstanbulda anadan olub.
5) 11 dekabr 1991-ci ildə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlov iş başında vəzifə borcunu yerinə yetirərkən sui-qəsd nəticəsində qətlə yetirilib.
6) Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub.
7) 1946-cı il dekabrın 11-də BMT-nin Uşaq Fondu – UNICEF yaradılıb. BMT Baş Məclisi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan edib.