Dünyanın bu günü - 15.01.2020
1. Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi Hüseyn bəy Qasım bəy oğlu Nəbibəyov 1892-ci il yanvarın 15-də Şəki şəhərində bəy ailəsində anadan olub.
2. Türkiyənin məşhur şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim Nazim Hikmət 1902-ci ilin bu günü Salonikidə zadəgan ailəsində doğulub.
3. Akademik Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb.
4. Afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist Martin Lüter Kinq 1929-cu ilin bu günündə Corciya ştatının Atlanta şəhərində dünyaya gəlib.
5. Polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov 1795-ci ilin bu günü Moskvada anadan olub.
6. 20 yanvar şəhidi Boris Vasilyeviç Yefimiçev 1945-ci ilin 15 yanvarında Bakı şəhərində doğulub. Hər iki gözündən əlil olub.
7. Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edib. 8. Bu gün Azərbaycanın xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzrinin anım günüdür. Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Xırdalan kəndində tacir ailəsində doğulub.