Dünyanın bu günü - 15.10.2019

 

1) İlham Heydər oğlu Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib.

2) SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub.

3) Tanınmış Azərbaycan şairi Hafiz Baxış 1932-ci ilin bu günü Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində dünyaya gəlib.

4) Azərbaycanın mahir tar ifaçısı, xalq artisti, Prezident təqaüdçüsü Ağasəlim Abdullayev 15 oktyabr 1950-ci ildə anadan olub.

5) Tarixin bu günü alman filosofu və yazıçısı Fridrix Nitsşe 1844-cü ildə Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Röcken kəndində anadan olub.

6) Böyük rus şairi Mixail Yuryeviç Lermontov 1814-cü ildə Moskva şəhərində dünyaya gəlib.

7) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan hərbçisi Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində anadan olub.

8) 1988-ci il tarixin bu günü görkəmli alim, geologiya-minerologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov Bakıda vəfat edib.

9) Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Nüsrət Kəsəmənli 2003-cü ilin bu günü Təbrizdə vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv