Dünyanın bu günü - 16.11.2019

1. 16 noyabr APA kimi tanınan Azəri-Press Agentliyinin təsis edildiyi gündür. 2004-cü ildə yaradılan APA müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir.

2. Bu gün həm də Azərbaycan Neft və Kimya İnstitutunun təsis edildiyi tarixdir. Ali təhsil ocağı hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Akademiyası adlanır.

3. 1945-ci il noyabrın 16-da Londonda 44 ölkənin hökumət nümayəndələri BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsini – UNESCO-nu təsis ediblər.

4. 16 noyabr 1869-cu ildə ən böyük tikililərdən biri - Süveyş kanalının çəkilişi başa çatdırılıb.

5. Tanınmış geofizik, ölkəmizdə geoloji xidmətin təşkilatçılarından biri olmuş Əkrəm Şəkinski 1929-cu ildə anadan olub.

6. 16 noyabr görkəmli teatr və kino rejissoru, Azərbaycanın xalq artisti Abbas Mirzə Şərifzadənin anım günüdür.

Müəllif | Apa.Tv
Apa.tv