Dünyanın bu günü - 17.01.2020

 

1. Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan şairəsi Mədinə Nurulla qızı Ələkbərzadə (Mədinə Gülgün) 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub.

2. ABŞ-ın görkəmli dövlət xadimi və diplomatı, yazıçı, satirik, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı Bencamin Franklin 1706-ci ilin bu günündə Bostonda dəmirçi ailəsində doğulub.

3. SSRİ xalq artisti, aktyor və rejissor Konstantin Stanislavski 17 yanvar 1863-cü ildə Moskvada doğulub. İlk təhsilini evdə alıb, 13 yaşından sonra gimnaziyada oxuyub.

4. "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən Afro-Amerikan və İrlandiya əsilli əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub.

5. Azərbaycan şəhidi Mehrac Məhəmməd oğlu Mahmudov 1958-ci il yanvarın bu günü Tərtər rayonunun Səhləbad kəndində dünyaya gəlib.

6. Şəhid Nizami Səfi oğlu Ələkbərov 1978-ci il yanvarın 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1992-ci ildə Quzanlıdakı məktəbi bitirib.

Müəllif | Apa.Tv
Apa.tv