Dünyanın bu günü - 17.10.2019
1. Tanınmış kinorejissor və operator, Azərbaycanın və Türkmənistanın əməkdar incəsənət xadimi, Lenin mükafatı laureatı CAVANŞİR MƏMMƏDOV 1915-ci ilin bu günü dünyaya gəlib.
2. 17 oktyabr məşhur türkiyəli müğənni Tarkanın doğum günüdür.
3. 17 oktyabr həm də tanınmış maarifçi Muxtar Əfəndizadənin anım günüdür. O, 1880-ci ildə Ağdaşda anadan olub.
4. Azərbaycanlı alim, texnika elmləri namizədi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi Əsəd bəy Fətulla bəy oğlu Rüstəmbəyov 1982-ci ildə oktyabrın bu günü dünyasını dəyişib.
5. Məşhur Polşa bəstəkarı FREDERİK ŞOPEN 1849-cu ilin bu günü vəfat edib. 1810-cu ildə dünyaya gələn Şopen 8 yaşında ilk konsertini verib.