Dünyanın bu günü - 18.12.2019
1. Azərbaycan müğənnisi, bəstəkarı, xanəndə və pedaqoq Qulu Əsgərov 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub.
2. Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlı 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlib.
3. 18 dekabr Azərbaycanın əməkdar artisti, müğənni Zöhrə Abdullayevanın doğum günüdür.
4. Tanınmış gülüş ustası, SSRİ xalq artisti Yuri Vladimiroviç Nikulin 1921-ci ilin bu günü dünyaya gəlib.
5. Görkəmli Amerika rejissoru, prodüser və ssenarist Stiven Spilberq 18 dekabr 1946 Ohayo ştatında anadan olub.
6. 1890-cı il dekabrın 18-də Londonda dünyada ilk yeraltı elektrikləşdirilmiş dəmiryolu – metropoliten istifadəyə verilib.