Dünyanın bu günü - 20.02.2020
1. Şair, dramaturq, tərcüməçi Əliağa Həsənağa oğlu Vəliyev (Əliağa Kürçaylı) 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub.
2. Azərbaycanın xalq artisti, xanəndə, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Arif İmran oğlu Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığında Sarıhacılı kəndində anadan olub.
3. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Əli qızı Rüstəmova-Tohidi 1953-cü ilin bu günü Bakıda anadan olub.
4. SSRİ xalq artisti, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, bəstəkar Fikrət Əmirovun anım günüdür.
5. Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Şərifovanın xatirə günüdür. 1924-cü fevralın 6-da Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində anadan olub.
6. Azərbaycanın xalq artisti, milli balet sənətinin əfsanəvi və klassik dühalarından Leyla Məhəd qızı Vəkilova da bu gün xatırlanır.
7. Azərbaycanın əməkdar artisti, tarzən Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanovun anım günüdür.