Dünyanın bu günü - 21.02.2020

 

1. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

2. Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, kino rejissoru Həbib Ələkbər oğlu İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvanda anadan olub.

4. Azərbaycanın əməkdar artisti, tarzən Elxan Bəhram oğlu Mansurov 1955-ci il fevralın bu günü Bakıda musiqiçi ailəsində doğulub.

5. Şair Məmməd Mədət oğlu Məmmədov (Məmməd İlqar) 1950-ci il fevralın 21-də Qazax mahalında ziyalı ailəsində anadan olub.

6. Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, görkəmli tarixçi, akademik Ziya Musa oğlu Bünyadovun anım günüdür.

7. Azərbaycanın görkəmli qəzəlxan-şairi, füzulişünas tədqiqatçı Ələmdar Mahirin xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv