Dünyanın bu günü - 21.11.2019
1) 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib.
2) 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub.
3) 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında faciəli hadisə baş verib. Saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisədə 21 nəfər faciəli şəkildə həlak olub.
4) Azərbaycanın Milli Qəhrəmanı Mehman Qəzənfər oğlu Sayadov 1972-ci il noyabrın 21-də Basarkeçər rayonunun Günəşli kəndində anadan olub.
5) Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuş Firidun Qəni oğlu İbrahimi 1918-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində doğulub 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib.
6) Fransa yazıçısı, filosof və maarifçi Fransua Volter 1694-cü ilin bu günü anadan olub. Ədəbi fəaliyyətini fəlsəfi və ictimai baxışları ilə bağlayan Volterin lirik şerlərində epikürizmə meyl güclüdür.
7) Hər il noyabrın 21-i Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər.