Dünyanın bu günü - 21.12.2019
1. Azərbaycanın görkəmli tarixçisi, əməkdar elm xadimi, akademik Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.
2. Məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov 1927-ci il dekabrın bu günü Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub.
3. 21 dekabr həm də Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadənin doğum günüdür.
4. Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1993), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni laureatı Tükəzban İsmayılova 1923-cü il dekabrın bu günü Bakı şəhərində anadan olub.
5. 21 dekabr eyni zamanda Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Ziyatayın doğum günüdür.
6. Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi, Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri və ictimai xadim Namiq Kamal 21 dekabr 1840-cı ildə Təkirdağda anadan olub.
7. 21 dekabr Gürcüstan Respublikasının III prezidenti Mixeil Saakaşvilinin doğum günüdür.