Dünyanın bu günü - 24.01.2020

 

1. Azərbaycanın xalq artisti, dirijor, pedaqoq Əşrəf Həsən oğlu Həsənov 24 yanvar 1909-cu ildə Şəkidə anadan olub.

2. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Məmməd oğlu Bağırov 1933-cü ilin bu günü Şuşada doğulub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Əyyub Əliağa oğlu Məmmədov 24 yanvar 1921-ci ildə Bakıda dünyaya gəlib.

4. Azərbaycanın xalq artisti, qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov 1941-ci il yanvarın 24-də dünyaya gəlib.

5. Azərbaycanın xalq artisti, aktyor Sabir Novruz oğlu Məmmədov 1961-ci ilin bu günü Qazax rayonunun Poylu kəndində anadan olub.

6. Samux rayonunun ilk şəhidi, "Snayper Abbas" ləqəbli Abbas Talıb oğlu Qasımov 1970-ci ilin bu günü Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulub.

7. Qarabağ müharibəsi şəhidi Bəxtiyar Cahangir oğlu Əzimov 24 yanvar 1973-cü ildə Füzuli rayonunun Aşağı Yağlavənd kəndində anadan olub.

8. Böyük Britaniyanın məşhur siyasətçilərindən biri, dövlət və hərbi xadimi Uinston Leonard Spenser Çörçillin xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv