Dünyanın bu günü - 25.02.2020

1. Məşhur türk şairi və yazıçısı Səbahəddin Əli 1907-ci il fevralın 25-də o vaxtlar Osmanlı imperiyasının tərkibinə daxil olan, indiki Bolqarıstanın ərazisində yerləşən Eğrideredə anadan olub.

2. Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, geologiya-mineralogiya elmlər doktoru, akademik Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan Əlizadələrin ailəsində anadan olub.

3. Azərbaycanlı atıcı, Olimpiya mükafatçısı İradə Aşumova 1958-ci il fevralın bu günü Bakıda dünyaya gəlib.

4. Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub.

5. Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov 1964-cü il 25 fevral Qərbi Azərbaycanın Uluxanlı rayonunda anadan olub.

6. Qarabağ müharibəsi şəhidi Etiqad Balaxan oğlu Hacıyev 1974-cü il fevralın bu günü doğulub.

7. 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi münaqişə baş verib.

8. Bu gün Azərbaycanın xalq artisti, müğənni-xanəndə İlhamə Məzahir qızı Quliyevanın xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv