Dünyanın bu günü - 27.11.2019
1. 1844-cü il noyabrın 27-də Tiflis şəhərində Qafqaz canişinliyi təsis edilib. İlk canişini general-qubernator Vorontsov olan bu qurumun yaradılmasında əsas məqsəd dağlıların azadlıq hərəkatını və Zaqafqaziyada kəndli çıxışlarını yatırmaq, Qafqazın müstəmləkəyə çevrilməsini sürətləndirmək idi.
2. Əkinçilik elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim Faiq Məmmədov 1929-cu ildə Gəncədə anadan olub.
3. Azərbaycanlı aktyor, ssenarist Cahangir Aslanoğlu Məmmədov 1919-cu ilin bu günü Bakı şəhərində dünyaya gəlib.
4. 27 noyabr Böyük Azərbaycan alimi, filosof, dilçi və şərqşünas Mirzə Kazımbəyin anım günüdür.
5. Dünyanın ən məşhur döyüşçü aktyoru Brüs Li 1940-cı ilin bu günü ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub.