Dünyanın bu günü - 28.01.2020

 

1. Şuşa yaxınlığında Azərbaycana məxsus mülki vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür.

2. Mühəndis, poliqlot, tərcüməçi Rəşid bəy Mirzə Fətəli oğlu Axundov 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub.

3. Şair, tərcüməçi, dramaturq Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində doğulub.

4. Azərbaycanın xalq artisti, müğənni Zaur Əlihüseyn oğlu Rzayev 28 yanvar 1952-ci ildə Qazıməmməd (hazırkı Hacıqabul) rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov 1962-ci il yanvarın bu günü Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olub.

6. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdülvahab Yurdsevər Məmmədzadənin xatirə günüdür.

7. Bu gün Azərbaycanın xalq şairi, dramaturq, publicist Vaqif Səməd oğlu Vəkilovun anım günüdür.

Müəllif | Apa.Tv
Apa.tv