Dünyanın bu günü - 28.02.2020

1. Bu gün Sumqayıt hadisələrinin ildönümüdür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli iğtişaşlar nəticəsində 32 nəfər ölüb.

2. Azərbaycanın xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub.

3. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov 28 fevral 1894-cü ildə Güney Azərbaycanın Mərənd şəhərində anadan olub.

4. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sofiya (Sofa) Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının Köhnə Çukan kəndində doğulub.

5. Azərbaycanın əməkdar artisti, müğənni Nəzakət Əli qızı Məmmədova 28 fevral 1944-cü ildə Gəncə şəhərində anadan olub.

6. Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda musiqiçi ailəsində anadan olub.

7. Müstəqil Azərbaycanda vəkillik institutunun banilərindən biri Elton Rasim oğlu Quliyev 1956-cı il fevralın bu günü Ağdam şəhərində qulluqçu ailəsində dünyaya gəlib.

8. Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynov 1952-ci il fevralın 28-də Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulub.

9. Şəhid Kamran Faiq oğlu Şirəliyev 1994-cü ilin bu günü Bakıda anadan olub. Xəzər rayonunda yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra peşə məktəbinə daxil olub.

Müəllif | Apa.Tv
Apa.tv