Dünyanın bu günü - 28.10.2019
1) 28 oktyabr 1995-ci ildə Bakı Metropolitenində tarixin ən böyük metro qəzası baş verib.
2) İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub.
3) Türk xalq musiqi və orijinal musiqi sənətçisi, bəstəkar Ahmet Kaya 28 oktyabr 1957-ci ildə anadan olub.
4) Amerikalı aktrisa və prodüser Culia Fiona Roberts 28 oktyabr 1967-ci ildə ABŞ-ın Corciya ştatının Smirna şəhərində anadan olub.
5) “Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin şəxslərindən biri Bill Geyts 1955-ci ilin bu günü Vaşinqton ştatının Sietl şəhərində anadan olub.