Dünyanın bu günü - 29.01.2020

 

1. Pedaqoq, ictimai xadim Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 29 yanvar 1887-ci ildə Şamaxı şəhərində anadan olub.

2. Azərbaycanın xalq artisti, milli balet sənətinin əfsanəvi və klassik dühalarından Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda doğulub.

3. Azərbaycanın məşhur futbol hakimi və futbolçusu Tofiq Bəhram oğlu Bəhramov 1925-ci ilin bu günü Ağdamda doğulub.

4. Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində dülgər ailəsində anadan olub.

5. Şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi Əli Əsgər Cəfər oğlu Məmmədovun anım günüdür.

6. Qarabağ müharibəsinin iştirakçısı Fərhad Süleymanovun xatirə günüdür. O, 15 sentyabr 1973-cü ildə Hacıqabul rayonunda anadan olub.

7. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Xanəli Qəribəli oğlu Fəttayevin anım günüdür.

8. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nahid Fikrət oğlu Səfərovun xatirə günüdür. O, 1996-cı ildə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv