Məktəblərdə ingilis dilinin yeni tədris metodikası necə effekt verir? - Ofeliya Qafarova
“Azərbaycanda məktəblərdə ingilis dilinin tədrisi aşağı siniflərdə həftədə bir dəfə nəzərdə tutulub. Lakin “British Council” layihəsi məktəblərdə ingilis dilinin intensiv tədrisini nəzərdə tutur və bu layihəyə qoşulan pilot məktəblərdə ingilis dili həftədə 3 saat tədris olunur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı “British Council” təlimçisi, 220 saylı liseyin ingilis dili müəlliməsi Ofeliya Qafarova deyib.
Ofeliya Qafarova proqramda Təhsil Nazirliyinin milli dərsliklərindən yox, Kembric Universitetinin dərsliklərindən istifadə olunduğunu deyib: “ Dördüncü sinfə qədər “Fun English” dərsliklərindən, IV-VII siniflərdə “Cambridge English for Schools” vəsaitindən, daha yuxarı siniflərdə isə “Carting eyc”dən istifadə olunur. Bu vəsaitlər ingilis dilinin intensiv tədrisində əsas rol oynayır. Ənənəvi tədris üsulundan, yəni qrammatika-tərcümə metodundan fərqli olaraq, burada uşaqların fərdi öyrənmə üsulları əhatə olunur. Bütün bunlar nəzərə alınaraq dərslər hər bir şagirdin tələbatına uyğun keçirilir. Dərslərdə həm musiqidə, həm texnoloji imkanlarda, həm uşaqların əl qabiliyyətindən, tamaşalardan istifadə olunur. Nəticədə uşaqlar əylənərək dil öyrənirlər.
Mən sevinirəm ki, uşaqlar digər fənn müəllimlərin ingilis dili dərsinin bir də nə vaxt olacağını soruşurlar”.
Ofeliya Qafarova pilot layihə kimi seçilən məktəblərdə ingilis dilinin tədris metodikasının fərqli olduğunu deyib: “Şagirdlər yarımqrupa bölünür. Bu layihə üçün şagirdlər xüsusi şəkildə seçilmir. Düzdür, şagirdlər qabiliyyətlərinə görə seçilsələr, daha yaxşı olar. Lakin bu kursu bütün uşaqlar asanlıqla qavranır. Burada birinci sinifdən ingilis dili yazı ilə yox, yalnız dinləmə və qavrama yolu ilə mənimsənilir. Şagird müəllimin nitqini və ya müəyyən audiovəsaitləri dinləyərək dili öyrənir. Bu metod Amerika alimlərinin hazırladığı tam fiziki cavab üsuluna əsaslanır. Yəni uşaqlar anadan olduqdan sonra yazı və oxudan istifadə etmədən 3 yaşına qədər ana dilini öyrəndikləri kimi həmin metodla xarici dili də öyrənirlər. Buna başqa sözlə “bədən dili” ilə öyrənmək də deyilir. “British Council” təlimlərində də müəllimlərə məhz bu metoddan istifadə tədris olunur. Bunun üçün müəllimlər həm öz fantaziyalarına uyğun şəkildə, həm də “British Council online” resurslarından istifadə etməklə müxtəlif əl işləri hazırlayır. Mən özüm bu layihədə iştirak etdiyim 4 il müddətində çoxlu yeniliklər öyrənib tətbiq etmişəm və nəticədən də razı qalmışam”.
Ofeliya Qafarovanın sözlərinə görə, “British Council” və Təhsil Nazirliyinin birgə layihəsinə əsasən, bura qoşulan müəllimlər 5 gün davam edən təlimlərdə iştirak edirlər: “Burada onlar dilin tədrisi üçün əsas olan 4 bacarığın - dinləmə, danışma, oxu və yazı bacarıqlarının metodikası ilə tanış olurlar. Düzdür, ali təhsilli müəllimlər üçün bu yeni deyil. Sadəcə, burada daha fərqli vəsaitlər, fərqli tədris metodu təqdim olunur. Təlimçilər tərəfindən demo-dərslər verilir. Təlim bitdikdən sonra müəllimlər özləri açıq dərslər verirlər. Bu zaman müəllimlər həm şagird olur, həm də müəllim. İki ay ərzində həmin müəllimlərin dərsləri . “British Council” tərəfindən müşahidə olunur. Onların treninq materiallarından necə istifadə etməsi barədə hesabatlar hazırlanıb . “British Council”a və Təhsil Nazirliyinə təqdim olunur. Əgər ehtiyac olarsa, müəllim bir daha təlimə cəlb olunur. Nazirlik və . “British Council” tərəfindən birgə aparılan bu təlimlərdən sonra müəllimlərə sertifikat təqdim olunur. Bu təlimlər ingilis dilinin tədrisində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün çox vacibdir”.
Ofeliya Qafarova artıq Azərbaycanda ingilis dilinin intensiv tədrisi layihəsinin 11 il əvvəl tətbiq olunmağa başladığını deyib: “İlk dəfə layihədə iştirak edən şagirdlər artıq bu il 11-ci sinfi başa vururlar. Bizim 220 saylı məktəbdə bu layihə 4-cü ildir davam edir. Lakin əvvəlcə bu layihədə 7 pilot məktəb iştirak edirdi, sonra Bakı şəhəri üzrə 20 məktəb qoşuldu, keçən ildən isə bütün Azərbaycan üzrə 50 məktəb layihəyə qoşuldu və regionlar üzrə də 30 məktəb cəlb olundu. Bu məktəblər Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərdir. Eyni zamanda müəllimlər də Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Region məktəblərinə təlimçilər ezam olunur və müəllimlərə 5 gün təlim keçirlər. Keçən ildən etibarən müəllimlər həm də optist testlərindən keçirlər. Bu, ingilis dili müəllimlərinin dil səviyyəsini yoxlamaq üçündür”.
Ofeliya Qafarovanın sözlərinə görə, ingilis dilinin intensiv tədrisi layihəsi üçün şagirdlərin məktəbəqədər ingilis dili bazasının olması vacib deyil: “Hər şey sıfırdan başlanır. Burada valideynin uşaqla məşğul olmasına da ehtiyac yoxdur, çünki nəzərdə tutulduğu kimi, şagird sinifdə öyrənməlidir. Eyni zamanda dərsin quruluşu və stili kurikulum standartlarına cavab verir. Uşaqlar məktəbdə bütün dərsi qavrayır və hətta öyrəndiklərini valideynə də öyrədirlər ki, bu da onlarda özünə əminlik yaradır.
İngilis dilinin intensiv tədrisi üzrə təhsil alan uşaqlar artıq 1-ci sinfin sonunda öz söz ehtiyatları ilə cümlə qura, fikirlərini çatdıra bilirlər. Artıq 4-cü sinif şagirdləri ingilis dilli insanlarla rahat ünsiyyət qura bilirlər”.
Ofeliya Qafarova çalışdığı 220 saylı məktəbin UNESCO-nun Assosiativ məktəblər siyahısına daxil olduğunu deyib: “2014-cü il 13-16 oktyabrda UNESCO məktəblərinin konfransı keçirildi. Burada məqsəd partnyor məktəblərdə İKT-nin təhsilə tətbiqi idi. Bu məktəblər İKT imkanlarından istifadə edərək onlayn müstəvidə müəyyən işlər həyata keçirmişdilər. Azərbaycanın da iştirak etdiyi bu konfransda 220 saylı məktəbi mən və həmkarım Nahidə Hüseynova təmsil edirdi. Bizim məktəb Bolqarıstanın Sofiya şəhərindəki 138 saylı partnyor məktəblə birgə “İnteraktiv xəritə” layihəsini işləmişdi. Burada 1878-ci ildən bəri Azərbaycanın və Bolqarıstanın tarixi xəritəsi əks olunurdu. Burada şagirdlər xüsusi kompüter bacarıqlarının köməyi ilə xəritədə baş verən dəyişiklikləri göstərirdilər və onlayn əlaqə ilə bu dəyişikliklər barədə məlumat verirdilər. Bu layihənin təqdimatı proyekt metodu adlanır. Konfransda Avropa liseyindən Rahilə Əliyarzadə və 160 saylı məktəbdən Larisa Doroşenko var idi. Ermənistanın da iştirak etdiyi bu konfransda bizim tarixi layihə ilə uğurla təmsil olunmağımız həm dilin tədrisi baxımından, həm də tarixi baxımdan əhəmiyyətli idi. 7-ci sinif şagirdlərinin iştirak etdiyi bu layihələr sayəsində həm onların dünyagörüşü artır, həm də dərsləri dərs xətrinə oxumurlar, müəyyən araşdırmalar aparır, biliklərə yiyələnirlər”.
Təlimçinin sözlərinə görə, Avropa Şurasının təşkil etdiyi “e-twinning” layihəsinə 30-31 ölkə qoşulub: “Azərbaycan keçən ildən bu layihəyə qoşulub. Bizim müəllimlər “e-twinning” portalına daxil olaraq özləri partnyor layihələr seçirlər. Mən 3 və 4-cü siniflərlə “Gəlin nağıllar yaradaq” layihəsində iştirak etmişəm. Şagirdlər Avropa ölkələrinin şagirdləri ilə onlayn görüntülü əlaqə saxlayırlar. Ortaq dil ingilis dilidir. İnteraktiv dərslər aparırıq. Məsələn, keçən il Novruz bayram ərəfəsində biz öz milli geyimlərimiz, simvollarımız, adətlərimiz barədə partnyor məktəb şagirdlərinə məlumat verdik. Bu layihənin məqsədi şagirdlərin bir-biri ilə onlayn müstəvidə həyat tərzləri, adət-ənənələrini paylaşmasıdır. Burada məqsəd təkcə dil öyrənmək deyil. Burada hətta digər fənn müəllimləri də iştirak edə bilirlər. Türkiyə ilə də əlaqə qurmaq olur. Hal-hazırda mən Litva, İspaniya, Almaniya və Azərbaycanın birgə hazırladığı “Mənə cığırı tapmaqda kömək et” layihəsində iştirak edirik. Burada uşaqlar ingilis dilində özlərini təqdim edirlər, videoçarxlar çəkilir. Bu layihələrdə iştirak etmək istəyən məktəblər müəyyən ərizə formasını doldurmalıdırlar. Məktəblər seçilən zaman onların İKT imkanları, internetə çıxışı nəzərə alınır.”