Marketlərdə düyü əvəzinə görün bizə nə satırlar: Cəmi bir ovuc yesəniz...

 

Son zamanlar dünyada gedən bahalaşma ilə bağlı ishehsalat sahəsində saxtakarlıqlar da sürətlə artmaqdadır. Ən çox saxtalaşdırlan məhsullardan biri də düyüdür. Hazırda dünya bazarını plastik və başqa zərərli maddələrdən hazırlanan süni düyü başına götürüb. Bu cür düyü təbii düyüdən dəflərlə ucuz başa gəlir. Buna görə də aşağı qiymətə satılır. Süni düyüyə kartof nişastası, sintetik kanifol kimi bir çox kimyəvi maddələr qatılır. Bunlardan başqa, süni düyü istehsalında iynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddədən də istifadə olunur. Halbuki bu maddə sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə çalğı alətlərinin yayına çəkmək üçün işlədilməlidir. Qısaca bu cür xarakterizə edək: 3 porsiya süni düyü yesəniz, bir mağaza sellofanı yemiş olursunuz. Yaxşı, bəs bütün bunlardan necə qorunaq? Təbii düyü ilə saxta olanı bir-birindən necə seçək? Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova seçməyin yollarını belə izah edir: “Bir stəkan suyun içinə bir xörək qaşığı düyü tökün. Düyü dibə çökmək yerinə suyun üzünə çıxırsa, deməli, saxtadır. Bir alışqanla bir ovuc düyünü yandırın. Düyü birdən alışsa, deməli, saxtadır. Təbii düyü alışmır. Bir miqdar düyünü həvəngdəstəyə töküb, əzin. Düyü tozu sarı rəngdə olarsa, deməli, saxtadır. Çünki əsl düyünün tozu ağ olur. Həmişəki yöntəmlə bişirdiyiniz plovun dadı-duzu olmadığını hiss edirsizsə və bişirəndə heç bir səhvə yol vermədiyinizi düşünürsünüzsə, düyünün saxta olma ehtimalı çox yüksəkdir. Düyüdən bir neçə qaşıq götürüb qapaqlı bir qabda 3-4 gün saxlayın. Qabın qapağını açdığınız zaman kiflənmiş düyü ilə qarşılaşdınızsa, bişirmək üçün saxladığınız düyünü zibilə atın. Çünkü təbii düyü bir neçə günə kiflənmir. Düyünü sobanın üzərində tavada qovururuq, formasını dəyişirsə, deməli, saxtadır. Hazırda ən çox istifadə olunan təbii düyü kəpək qabığı təmizlənən ağ düyüdür. Qəhvəyi və ağ rəndə olan düyülər sağlamlıq üçün daha faydalıdır. Lakin çox qaynadıldıqda tərkibindəki qidalandırıcı elementlər ölür. Nəticədə ağ və qəhvəyi düyülər digər rənglərdə olanlara nisbətən daha yararsız hesab olunur”. Ümumilikdə isə hansı növ düyü olur olsun, tərkibində nişasta var. Uzun müddət anbarlarda qaldıqda isə nəm çəkir. Bu da məhsulun xarab olmasına, üzərində kif göbələklərinin yaranmasına səbəb olur. Qidalanma üzrə mütəxəssis Tahirə Əlirzayevanın sözlərinə görə isə kənd düyüləri həmişə içi çör-çöplə dolu olur və düyünü suya tökəndə bulanıqlıq yaranır: “ Ümumiyyətlə, rafinə olunmamış düyü ən yaxşı düyü hesab olunur. Təbii düyü almağın ən yaxşı yolu rayonlardan sifariş verməkdir. Satışda düyünün bir neçə növü var. Sarı düyü, qara düyü və s. Qara düyünün insan orqanizminə çox xeyri var. Keçmişdə düyü qaynayan zaman, yarı bişmiş halından bir az çox qaynadıqda formasını itirirdi. Lakin indi düyünün nə qədər qaynamağından asılı olmayaraq, forması dəyişmir. Ümumiyyətlə düyünün ətri olmalıdır, qaynadılarkən şişməlidir, suda saxlanıldığı zaman cücərməlidir”. Göründüyü kimi... Mütəxəssislər yerli düyünün daha etibarlı olduğunu bildirirlər. Ancaq piştaxtalarda yerli düyüyə demək olar ki, rast gəlinmir. Hansısa marketdə tapa bilsən də, qiyməti idxal düyülərindən çox yüksək olur. Bəs bunun səbəbi nədir? Qida eksperti Fərid Səlimov sualımıza belə cavab verir: “Azərbaycanda düyü yetişdirmək üçün uyğun əkin sahəsi, suvarma sistemi yoxdur. Buna görə də yerli istehsalat zəifdir. Fermerin qarşılaşdığı çətinliklər istehsalatın maya dəyərini artırır. Təbii olaraq, satış qiyməti də yüksəlir. Baha olduğu üçün insanlar yerli düyüdən az istifadə edirlər”. Bəs plastik düyü necə istehsal olunur? Ölkəmizdə süni düyü istehsalına rast gəlinibmi? Ekspert deyir ki, ölkəmizdə buna rast gəlməyib: “Plastik düyü necə istehsal olunur. Bizim müəssisələrdə plastik düyü istehsalatı ilə qarşılaşmamışam. Ümumilikdə, plastik düyünün çəltiksiz düyü unundan hazırlandığını, kartof və plastik qarışdırılaraq əldə olunduğu deyilir”.

Müəllif | Apa.Tv
Apa.tv